Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalana gələn əcnəbi turistlərin sayı iki dəfəyədək artıb

10 iyul 2017 | 16:00

“Naftalan nəinki Azərbaycanda, bütün bölgədə nadir bir gözəllik məkanına çevrilməlidir. Mən əminəm ki, bir neçə ildən sonra bu bölgədə Naftalan kimi gözəl, yaraşıqlı, rahat şəhər olmayacaqdır. Yəni mən bunu istəyirəm, baxmayaraq ki, Azərbaycanın çox gözəl bölgələri var, o bölgələrdə də yeni mehmanxanalar tikilir, yeni infrastruktur layihələri həyata keçirilir. Ancaq Naftalanın öz xüsusi yeri var və buraya gələcək qonaqların sayı artacaqdır. Təkcə Naftalan neftinə görə deyil, həm də burada olan turizm imkanlarına görə”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Ölkə başçısının Naftalanın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin  nəticəsində son illər şəhərdə turizmin inkişafı istiqamətində görülən işlər, istifadəyə verilən beşulduzlu otellər, təklif olunan xidmətlər, eləcə də şəhərin turizm imkanlarının ardıcıl təbliği yerli və xarici turistlərin sayına müsbət təsir göstərmiş və 2017-ci ilin birinci yarımilində şəhərə şəfa tapmaq və istirahət etmək məqsədilə üz tutan yerli və xarici turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox olmuşdur. 

2017-cı ilin altı ayında Naftalanın turizm obyektlərində 9.5 min turist qeydə alınıb ki, bunun da 4012 nəfəri xarici ölkələrdən gələnlərdir. Xarici ölkələrdən gələnlərin sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 faiz artım müşahidə olunmuşdur. .Məlumat üçün bildirək ki, 2016-cı ilin altı ayında şəhərə 2010 nəfər əcnəbi turist gəlmişdir.

 

Keçidlər