Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Milli Qurtuluş günü qeyd olundu.

14 iyun 2017 | 16:00
    Naftalan şəhərində 15-iyun Milli Qurtuluş günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti də iştirak edib.
      Tədbir iştirakçıları öncə Ulu  Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ümummilli Liderin Azərbaycanın həyatında müstəsna rolundan və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışılıb.
       Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək  tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.Qeyd etdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.      
     Sonda məktəblilərin ifasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Dahi rəhbər” adlı  kompozisiya nümayiş etdirilib.
Keçidlər