Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda yerləşən Garabag SPA&Resort oteli beynəlxalq konqresdə

07 iyun 2017 | 16:00

Naftalanda yerləşən Garabag SPA&Resort oteli  Moskvada keçirilən “Sanatoriya-kurort müalicəsi” III Beynəlxalq konqresində təmsil olunur.
İyunun 8-dək davam edəcək tədbirdə Azərbaycanın, eləcə dünyada məşhur kuort şəhəri olan Naftalanda yerləşən müasir səviyyəli “Qarabağ” oteli barədə də tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Bildirilib ki, “Qarabağ” oteli ürək-damar sistemi, psoriaz, insultdan sonra reabilitasiya, sümük-oynaq və sairə kimi xəstəliklərin aradan qaldırılması üçün ideal məkandır. Oteldə istirahət etməklə yanaşı, müalicə kursu almaq mümkündür.

Keçidlər