Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə şahmat turniri keçirilib.

11 may 2017 | 16:00

      Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə şahmat turniri keçirilib.
     2006-2007, 2008-2009-cu il təvəllüdlü 40 şahmatçının iştirak etdiyi yarış Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd edilməsi, istedadlı şahmatçıların aşkar edilməsi və şahmat idman növünün şəhərimizdə inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur. 10 may 2017-ci il tarixdə başa çatmış turnirdə qalib gəlmiş şahmatçılar Naftalan şəhər Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.


 

Keçidlər