Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnir başa çatdı.

11 may 2017 | 16:00

      Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının  və  şəhər  Gənclər  və İdman idarəsinin təşkilatçılığı  ilə  idarə, müəssisə və təşkilatlar arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə  təşkil olunmuş mini-futbol turnirinin 10 may 2017-ci il tarixdə final görüşü keçirilib.
       Ulu öndərin anadan olmasının 94-cü ildönümünün qeyd edilməsi, gənclərdə yoldaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə keçirilən yarışda I yeri "Qarabag Resort and Spa" komandası, II yeri Naftalan şəhər Uşaq-Gənclər İdman Məktəbinin komandası, III yeri     Ağdaş Qaz Kəmərləri Sahəsinin Goranboy XİX-nin komandası tutmuşdur.Finalda yer tutmuş komandalara  fəxri fərman və  kubok verilib.

 

Keçidlər