Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Naftalanda təntənə ilə qeyd olunub.

10 may 2017 | 16:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Naftalan şəhərində geniş qeyd olundu.
    


        10 may 2017-ci il tarixdə Naftalan şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumşəhər  tədbiri  keçirilib. Şəhər rəhbərliyi, şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də şəhərə istirahət və müalicəyə gələn qonaqlar Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
       Abidəni ziyarət etdikdən sonra tədbir iştirakçıları tərəfindən  əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib  və Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın həyatında müstəsna rolundan danışılıb.  
       Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.
       Tədbirdə  məktəblilərin ifasında “Sən elə bir  zirvəsən” adlı kompozisiya nümayiş etdirilmiş, həmçinin Yeni Azərbaycan Partiyasına  yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.
       Sonra Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib. Şəhər 1000-ə yaxın  ağac əkilib.

 

Keçidlər