Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin bir qrup şagirdi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

05 may 2017 | 16:00

     Heydər Əliyev Mərkəzinin qonaqları Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin V-VI sinif şagirdləri oldular.

   05 may 2017-ci il tarixdə İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin bir qrup şagirdi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə  Naftalan şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. 
   Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin  zəngin həyat  və fəaliyyətini  əks etdirən  eksponatlarla və fotolarla  tanış oldular. Burada Mərkəzin bələdçisi tərəfindən şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyətini özündə əks etdirən eksponatlar, kitablar və fotolar haqqında ətraflı məlumat verildi.
    Sonda şagirdlər  xatirə  şəkli  çəkdirib Mərkəzdən xoş ovqatla ayrıldılar.

Keçidlər