Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olundu.

03 may 2017 | 16:00

Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

           03 may 2017-ci il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Qafar Əliyevdə iştirak etmişdir. Tədbiri Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova açaraq Ulu Öndərin dövlətimiz qarşısında göstərdiyi əvəzsiz xidmətlərindən danışdı. O bildirdi ki, Heydər Əliyev xalqımızın sabahını - gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün bir sıra uğurlu layihələrə imza atmışdır. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün geniş hərəkat başlandı. Dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğı göz qabağındadır.
         Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Qafar Əliyev çıxış edərək qeyd etdi ki, ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün respublika prezidenti cənab İlham Əliyev tərəfindən mühüm qərar və sərəncamlar verilir. Heydər Əliyev fondu tərəfindən məktəblərin, uşaq evləri və bağçaların inşası, onların yenidən müasir tələblərə cavab verən səviyyədə qurulması, həmçinin digər sahələrdə də görülən işlər, gerçəkləşdirilən layihələr, özünün uğurlu nəticələri ilə hamıda böyük sevinc hissi oyadır.                          
       Naftalan Şəhər İcra Hakimiyyətində baş məsləhətçi - ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycan tarixindəki yeri və rolundan danışıb.
        Tədbir uşaqların hazırladığı kompozisiyalar, mahnı və rəqs nümunələri ilə davam etdirildi. Sonda  Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilən sənədli film nümayiş olundu.

Keçidlər