Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

03 may 2017 | 16:00

    
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir.


          03 may 2017-ci il tarixdə Naftalan şəhər S.Vurğun  adına 2 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
          Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə S.Vurğun  adına 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova açaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdı.
          Tədbirdə çıxış edənlər zəngin və mənalı həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin hər kəs üçün örnək olduğunu bildiriblər. Məhz onun qətiyyəti, əzmkarlığı sayəsində Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladığı və inkişaf etdiyi vurğulanıb. Ümummilli Liderin əsasını qoyduğu uğurlu sosial-iqtisadi xəttin hazırda cənab Prezident  İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi bir daha qeyd edilib.
         Sonda Ümummilli Lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və  onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirildi və şagirdlər Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Keçidlər