Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni salınmış parklarda ağac əkini davam etdirilir.

06 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, bölgələrdə abadlıq-quruculuq işlərinin aparılmasına daim diqqət və qayğı göstərir. Bu, kurort şəhəri Naftalanda da aydın nəzərə çarpır. Son illər ərzində şəhərdə bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Bu işlərin başa çatması ilə şəhərin estetik gözəlliyinin bərpasına başlanılmışdır. Belə ki, küçələrdə, çoxmənzilli yaşayış binalarının qarşısında səliqə-səhman yaradılmış, abadlıq və yenidənqurma işləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda sakinlərin və şəhərə gələn qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün çoxmənzilli yaşayış binalarının qarşısında mini istirahət parkları və piyada yolları yaradılmışdır. Yaşıllıq salınan əraziyə münbit torpaq daşınmış və yayılmışdır. Bu işlər digər küçə və yollarda aparılacaqdır.

Ötən həftə yeni salınan parkda 200 ədəd eldar şamı əkilmişdir. Binaların qarşısında ümumilikdə 1000-dən artıq çinar ağacı əkilmişdir. Gələcəkdə də Naftalanın kurort iqlimini qorumaq üçün ağac əkini davam etdiriləcəkdir.

Keçidlər