Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Erkən nikah və onun fəsadları” movzusunda tədbir keçirilib

29 mart 2017 | 16:00

29 mart 2017-ci il tarixdə Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə şəhərin hər 3 ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Erkən nikah və onun fəsadları” movzusunda tədbir keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, şəhər Polis şöbəsinin əməkdaşları, şəhər Xəstəxanasının həkimləri, məktəblərin müəllim kollektivi və valideynlər iştirak ediblər. Naftalan Şəhər İcra Hakimiyyətində baş məsləhətçi-ictimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva erkən nikahların baş verməsinin səbəbləri barədə geniş məlumat verərək bildirdi ki, erkən nikahların yaranması sırasında hər nə qədər sosial-iqtisadi amillər qabardılsa da, burada digər amillər də mövcuddur. Bu problemə qarşı cəmiyyətin bütövlüklə mübarizə aparmalı olduğunu qeyd etdi.  Afət Mustafayeva həmçinin, qeyd etdi ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən belə aşağı olması ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
       Naftalan şəhər Polis şöbəsinin əməkdaşı Vasif Quluyev erkən yaşda nikaha daxil olmanın məsuliyyəti barədə geniş məlumat verdi.
      Naftalan şəhər Xəstəxanasının həkimi İlhamə Hüseynova erkən nikahın insan orqanizmində fəsadları barədə çıxış etdi.
     Tədbirdə digər çıxış edənlər erkən nikahı pisləyərək onun cəmiyyətimizdə törətdiyi fəsadlardan danışıblar. Bildirilib ki, erkən nikaha qarşı mübarizə aparılmalı, mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil edilməlidir.

Keçidlər