Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İcra Hakimiyyəti başçısının 8 mart Beynəlxalq Qadınlar Bayramı günü münasibətilə şəhər qadınlarına təbriki

07 mart 2017 | 16:00

Hörmətli xanımlar!
   Bütün Azərbaycan qadınlarını, o cümlədən Sizləri 8 mart Beynəlxalq Qadınlar Bayramı günü münasibətilə səmimi qəlbdən  təbrik edir, hər birinizə can sağlığı, uzun ömür və gələcək işlərinizdə daha böyük uğurlar arzulayıram.
   Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Şəhərimizin təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları, eləcə də  ictimai-siyasi həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər.
      Bir daha  hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik arzulayıram.
      Bayramınız  mübarək olsun!
                                                                     

                                                                 Natiq Aslanov,
                                                                       Naftalan şəhər İcra Hakimiyyətinin başçısı

 

Keçidlər