Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında Xocalı faciəsinin iyirmi beşinci ildönümü qeyd olundu.

23 fevral 2017 | 16:00

  23 fevral 2017-ci il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında  Xocalı faciəsinin iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin böyük əməyi olmuşdur.
       Sonda uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim edildi və soyqırıma aid şerlər söylənildi.

Keçidlər