Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İ.Nəsimi adına 1 nomrəli tam orta məktəbdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır.

22 fevral 2017 | 16:00

   22 fevral 2017-ci il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin iyirmi beşinci  ildönümü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru Faiq Rüstəmov Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Sonda şagirdlərin ifasında Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş olunub.Həmçinin məktəbdə şagirdlərin iştirakı ilə Xocalı faciəsinə həsr edilmiş rəsm müsabiqəsi keçirilib. Məktəbin divar qəzetləri və bülletenləri faciəni əks etdirən məqalələr və fotoşəkillərlə işıqlandırılıb.

Keçidlər