Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək.

16 fevral 2017 | 16:00

  21 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Naftalan şəhərində saat 10:00-da Heydər Əliyev mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Naftalan,Göygöl, Mingəçevir, Yevlax, Goranboy, Xocalı, Gəncə, Kəlbəcər, Samux rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
       Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.

 

Keçidlər