Şriftin ölçüsü :

Saytın rəngi :

"2 fevral-Gənclər günü" qeyd olundu.

02 fevral 2017 | 16:00

02 fevral 2017-ci il tarixdə Naftalan şəhərində "2 fevral-Gənclər günü"  münasibətilə tədbir keçirilib. Gənclər ilk olaraq ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək  önünə çiçək  düzüblər.
     Tədbir iştirakçıları sonra Naftalan şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər.Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə baxış keçirildi.
     Naftalan şəhər İcra Hakimiyyətinin iclas zalında davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Aynurə Novruzova gəncləri təbrik edib, onlara uzun ömür, can sağlığı və Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıb.
      Naftalan şəhər İcra Hakimiyyətində baş məsləhətçi-ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva çıxış edərək   bildirib ki, görkəmli dövlət xadimi, Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də onun ölkənin ali rəhbərliyinə qayıtdıqdan sonra dərhal sonra unudulmuş, başlı-başına buraxılmış gənclər siyasətinin canlandırması oldu. Hazırda bu siyasət cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Sonra Naftalan şəhər İcra Hakimiyyətində İnformasiya təminatı və təhlil sektorunun müdiri Ülfət Əliyev çıxış edərək Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun adından gəncləri bayram münasibəti ilə təbrik etdi, onlara uğurlar arzuladı..
      Sonda şəhərin ictimai-siyasi həyatında fəallıqları ilə seçilən  gənclərin bir qrupuna diplomlar təqdim edildi və şəhərin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "2 fevral-Gənclər günü"  münasibətilə keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə Naftalan şəhər birinciliyində yer tutmuş komandalar mükafatlandırıldı.

Keçidlər