Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda məktəblilərin fənn olimpiadasının I mərhələsi keçirilib.

16 yanvar 2017 | 16:00

 15  yanvar  2017-ci il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə IX, X, XI sinif şagirdləri arasında  fənn olimpiadasının I mərhələsi keçirilib.
       Olimpiada riyaziyyat, fizika, kimya, biologiya,  tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə təşkil olunub. Olimpiadada şəhərdə fəaliyyət göstərən 3 ümumtəhsil məktəbindən 63 şagird iştirak edib.
     Olimpiadanın təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərə olan marağın artırılması və  eyni zamanda bilik və bacarıqlarının nümayiş etdirilməsinə köməklik göstərməkdir.

 

Keçidlər