Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi Naftalan şəhər 7-illik uşaq musiqi məktəbində qeyd edildi.

07 may 2013 | 15:00

Naftalan şəhər 7-illik uşaq musiqi məktəbinin kollektivi ulu öndər Heydər Əliyevin 90 illik yubileyini “Odlar oğlu” adlı konsert proqramı ilə qeyd etdi.
     Tədbirdə musiqi məktəbinin kollektivi ilə yanaşı şəhər Mədəniyyət və Turizm şöbəsinin nümayəndələri, şagirdlər və valideynlər də iştirak edirdi.
     Tədbiri giriş sözü ilə məktəbin direktoru Almaz Əliyeva açaraq, dünya şöhrətli siyasətçi Heydər Əliyevin mənalı ömür yolundan danışdı. Eyni zamanda qeyd olundu ki, vətəndaşı olduğu vətəni zülmətdən çıxaran, həyatının mənasını öz xalqının rahatlığına, xoş gələcəyinə həsr edən, vətən üçün ömür sərf edən, dövlətin bütövlüyü uğrunda çalışan bu şəxsiyyət əməlləri ilə çağdaş dövlətçilik tariximizin ən şanlı salnamələrini, ən şərəfli səhifələrini yazmışdır.
       Tədbir musiqi məktəbinin şagirdləri tərəfindən hazırlanmış konsert proqramı ilə davam etdirilir.

Keçidlər