Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan məktəbliləri Heydər Əliyev Mərkəzini ziyarət etdilər.

08 dekabr 2016 | 16:00

Naftalan şəhərində Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər davam etdirilir. 08 dekabr 2016-cı il tarixdə Naftalan Şəhər  İcra Hakimiyyətinın  təşkilatçılığı ilə bir qrup şagird məktəbdə Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Naftalan şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Tədbiri giriş sözü ilə Naftalan Şəhər İcra Hakimiyyətində ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı - baş məsləhətçi Afət Mustafayeva açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etdi. Sonra Ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə baxış keçirildi. Sonda şagirdlər Ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

 

Keçidlər