Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər davam etdirilir.

07 dekabr 2016 | 16:00

        07 dekabr 2016-cı il tarixdə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Adilə Bağırova açıb.O,ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.
        Daha sonra çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məruzə etdilər.
      Tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olundu, divar qəzetləri və bülletenlər ulu öndərin həyat və fəaliyyətini əks etdirən məqalələrlə işıqlandırıldı.  
      Sonda məktəbin X-XI sinif şagirdləri arasında “Heydər Əliyev Azərbaycanın memarıdır” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri təltif edildi.

 

Keçidlər