Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin digər küçələrində təmir-bərpa işləri davam etdirilir.

20 oktyabr 2016 | 16:00

Naftalan şəhərində son illər turizmin inkişafı üçün əlverişli şərait yaradılmışdır.  Bununla yanaşı şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılmış, geniş quruculuq və abadlıq işlərinə başlanılmış və hazırda da bu işlər davam etdirilir.
        Başlanılan təmir-bərpa işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtükləri əsaslı təmir olunmuş, binadaxili və şəhərdaxili kommunikasiya xətləri yenilənmiş, o cümlədən yeni istilik sistemi quraşdırılmışdır. Modul tipli üç yeni qazanxana tikilərək istifadəyə verilmişdir.
              Bu işlərin başa çatması ilə binaların ətrafında, küçələrdə abadlıq və yenidənqurma işləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. Artıq şəhərin bir hissəsində yolların, səkilərin kənarlarına yeni yol və səki daşları düzülmüş, yeni asfalt örtüyü salınmışdır. Eyni zamanda  sakinlərin və Naftalana gələn qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün mini istirahət parkları və piyada yolları yaradılmışdır. Yeni yaradılan parklarda besetkalar, basketbol, tenis və uşaq oyun meydançaları quraşdırlımışdır. Yaşıllıq salınan  əraziyə münbit torpaq daşınmış və yayılmışdır.Binaların qarşısında ümumilikdə 500-dən artıq çinar ağacı əkilmişdir.
              Hazırda anoloji işlərin digər küçələrdə və çoxmənzilli yaşayış binalarının həyətində həyata keçirilməsinə başlanılıb. İlk olaraq asfalt örtüyünün üst qatı qaşınaraq düzlənir, köhnə səki və yol  daşlarının sökülüb yenisi ilə əvəz olunur.
              Aparılan quruculuq və abadlıq işləri şəhəri  daha da gözəlləşdirir.

Keçidlər