Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

17 oktyabr 2016 | 16:00

17 oktyabr 2016-cı il tarixdə S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə 25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan söhbət açılmışdır. Çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən, bu çətinliklərin aradan qaldırılması, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident cənab İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərin davam etdirilməsi sahəsində görülən işlərdən danışıblar. Tədbirin sonunda şagirdlərin ifasında kompozisiya nümayiş etdirildi. Bayram münasibətilə məktəbin foyesində Müstəqillik gününü əks etdirən sərgi təşkil edilib.

Keçidlər