Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalana şəfa tapmağa gələnlərin sayı ildən-ilə artır.

13 iyul 2016 | 16:00

Azərbaycanın Kiçik Qafqaz zonası əsasən karbon turşulu mineral sularla zəngin balneoloji kurortlarla fərqlənir. Bu zonada nadir təbii müalicə amili kimi tanınan Naftalan nefti mədənləri yerləşir. Naftalan neftinin hikməti hələ qədim dövrdən hamıya bəllidir. Bu nadir müalicəvi xassəli naftalan nefti Naftalan şəhərini  nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində təbii unikal müalicəvi əhəmiyyətə malik naftalan nefti ilə məhşur olan Naftalan şəhəri bu gün intensiv inkişaf mərhələsinə qədəm qoymuş və sözün əsl mənasında yeniləşməkdədir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunmuş konfransda Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün  bunu beynəlxalq turizm mərkəzinə çeviririk”.  Hazırda dövlət başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq dünyanın unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı işlər davam etdirilir.
Naftalanda ümumilikdə fəaliyyət göstərən 10 turizm obyektində gün ərzində 2100 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək imkanı vardır.  Bu turizm obyektlərində müalicə və istirahət üçün çox gözəl imkanlar yaradılmışdır.Turizm obyektlərində turistlərin mənalı istirahəti üçün onların marağını nəzərə alaraq ekskursiyalar təşkil edilir, konsert proqramları təşkil olunur. Eləcə də, sanatoriyalarda müasir səviyyəli əyləncə mərkləzləri fəaliyyət göstərir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin altı ayında şəhərə gələn turistlərin sayı 15 faiz artaraq 7000 nəfərə çatmışdır. Onlardan 1550-i xarici ölkələrdən gələn turistlər olub İyul ayının ilk günlərindən isə turistlərin sayında artım müşahidə olunmaqdadır.
Naftalan şəhərindəki mövcud turizm obyektlərində xidmət səviyyəsindən asılı olaraq  bir günlük xərc 29-80 manat arasıdır. Buraya gündəlik 3 dəfə qidalanma, yatmaq, naftalan nefti və digər  müalicə prosedürləri daxildir.


 

Keçidlər