Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərdə "Son zəng" çalındı

14 iyun 2016 | 16:00

    İyunun  14-də respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərinin ümumtəhsil məktəblərində də sonuncu zəng çalınıb. Məktəblərin "Son zəng" mərasiminə şəhər İcra Hakimiyyətinin və Təhsil şöbəsinin məsul işçiləri də qatılıb. Mərasim Dövlət himninin səsləndirilməsiylə başlayıb.
     Azərbaycan Respublikası Təhsil Nazirliyinin  qərarına əsasən məzun günü ilə bağlı təşkil olunan tədbirlər məktəb daxilində keçirilib və mərasimlərdə vətənpərvərliyə, dövlətçiliyə həsr olunan şeirlər səsləndirilib. Tədbirdə iştirak edən Təhsil şöbəsinin rəhbərliyinin, qabaqcıl müəllimlərin, valideynlərin, əlaçı şagirdlərin çıxışları dinlənilib.
     Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.
     Son zəngin çalınması musiqi sədaları altında səmaya rəngbərəng şarların buraxılması ilə müşayət olunub. Eyni zamanda   ümumşəhər tədbirlərində fəal iştiraklarına   və təhsildəki uğurlarına görə bir qrup müəllim və şagird  diplom və fəxri fərmanlarla təltif olunub.

Keçidlər