Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhidinin 40 mərasimi keçirildi

20 may 2016 | 16:00

Cəbhənin Goranboy rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun zabiti  Bayramov Vaqif Dilqəm oğlunun bu gün böyüyüb boya-başa çatdığı Naftalan  şəhərində 40 mərasimi keçirilib.
     40 mərasimində Naftalan Şəhər  İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov, icra hakimiyyətinin kollektivi, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etmişdir.
     Allahdan şəhidimizə rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin!

Keçidlər