Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “Novruz” bayramı ilə əlaqədar bayram tədbiri keçirilmişdir.

18 mart 2013 | 16:00

18 mart 2013-cü il tarixdə Naftalan şəhərində “Novruz” bayramı ilə əlaqədar ümumşəhər bayram şənliyi keçirilmişdir. Bayram tədbirini giriş sözü ilə Naftalan şəhər İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov açaraq şəhər əhalisini səmimi qəlbdən təbrik etmiş və tarixi cox qədim olan Novruzun hər bir azərbaycanlı üçün əziz bayram olduğunu, sevincli bir vaxta təsadüf etdiyini - qışın bitməsinə və baharın gəlişinə həsr olunduğunu bildirmişdir.
      Bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçmişdir. Tədbirdə bayram xonçaları hazırlanmış, böyük Novruz tonqalının yandırılması ilə Novruz şənliyinin əsas hissəsi başlamışdır. Novruz şənliyi axşam saatlarına kimi davam etmişdir. Tədbir keçirilən  meydanda milli musiqinin sədaları altında kəndirbazların məharəti, idmançıların çıxışları, xoruz döyüşdürənlər, keçəl və kosanın oyunları bayram tədbirinə daha da rəng qatmışdır. Milli geyimli oğlan və qızlardan ibarət rəqs qrupları oynadıqları xalq rəqsləri ilə diqqət çəkmişdirlər.
     Yüksək əhval-ruhiyyədə keçən tədbirin sonunda atəşfəşanlıq olmuşdur.   

Keçidlər