Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda mobil qruplar tərəfindən reydlər davam etdirilir

31 dekabr 2021 | 06:30

Naftalan Şəhər İcra Hakimiyyəti və Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində ictimai iaşə və ticarət obyektlərində, ərzaq mağazalarında o cümlədən apteklərdə reydlər keçirilib.
   Reydlər keçirilən məkanlarda qapalı yerlərdə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin gözlənilməsinin vacibliyi və sanitar-gigiyena qaydalarına riayət olunması, peyvəndlənmənin zəruriliyi və əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb.
   Qeyd edək ki, icra hakimiyyəti yanında yaradılmış mobil qruplar tərəfindən şəhər ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrasına nəzarət məqsədilə reydlər mütəmadi davam etdirilir, əhali arasında maarifləndirmə işləri həyata keçirilir və xəstəliyə qarşı ən effektli mübarizə vasitəsinin peyvəndlənmə olduğu bildirilir.

 

Keçidlər