Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Şəhid Bəxtiyar Aslanovun xatirəsi anılıb

29 dekabr 2021 | 09:10

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Aslanov Bəxtiyar İlqar oğlunun xatirəsi Naftalan şəhərində anılıb. Anım tədbirində ŞİH-nin məsul əməkdaşları, idarə müəssisə rəhbərləri, qazilər və Şəhidin ailə üzvləri iştirak edib.
   Şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülərək, xatirəsi böyük ehtiramla yad edilib. Tədbirdə şəhidimizin şərəfli həyat yolundan, onun vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışılıb.
    Tədbir çərçivəsində ənənəyə sadiq olaraq Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə UGİM-in futbol idman növü üzrə məzunu Şəhid Bəxtiyar Aslanovun doğum gününə həsr edilmiş Mini-furbol üzrə şəhər birinciliyi keçirilib. Həmçinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan şəhər nümayəndəliyi Şəhidin ad gününə həsr olunmuş velo yürüş təşkil edib.
   Qeyd edək ki, Şəhid Bəxtiyar Aslanov ölümündən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Keçidlər