Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda bayram ərəfəsində ziyarətlər davam edir

25 dekabr 2021 | 16:00

Naftalanda ŞİH-nin təşkilatçılığı ilə Yeni il bayramı münasibətilə Vətən torpaqlarının qorunmasında canından keçən Şəhidi Bayramov Mehman Dilqəm oğlunun, Şəhid Bayramov Vaqif Dilqəm oğlunun ailələri, qazi Tağıyev İlkin Həmid oğlu, Vətən müharibəsi iştirakçısı Həsənov Ceyhun Hacı oğlu evlərində ziyarət olunub.
   Görüşlərdə ailə üzvləri bayram münasibətilə təbrik edilib, onlara ŞİH adından bayram sovqatı çatdırılıb.
   Həmçinin, bildirilib ki, ölkəmizdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət və qayğı bu gündə yüksək səviyyədədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib.

 

Keçidlər