Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir təşkil olunub

22 dekabr 2021 | 16:00

Tədbirdə  Naftalan ŞİH-nin və YAP Naftalan şəhər təşkilatının nümayəndələri, ərazi ilk partiya təşkilatı sədrləri, eyni  zamanda idarə, müəssisə rəhbərləri iştirak ediblər.
      Tədbiri YAP Naftalan şəhər təşkilatı sədrinin səlahiyyətlərini  icra edən Hatəm Qocayev açaraq qeyd edib ki, Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.
      ŞİH başçısının müavini Kəmalə Hüseynova çıxış edərək qeyd edib ki, cənab Prezidentimiz İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, 200 ildə ilk ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, cənab Prezident Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi.
      Digər natiqlər vurğulayıblar ki, Ümummilli Liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb.
       Tədbirin sonunda möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

 

Keçidlər