Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı qazi Qiyas Tağıyevi ziyarət edib

21 dekabr 2021 | 16:00

Naftalan ŞİH-nin başçısı və şəhər polis şöbəsinin rəisi qazi Tağıyev Qiyas Fariz oğlunu Yeni il bayramı münasibəti ilə evində ziyarət edib.
   Səmimi söhbət zamanı icra başçısı qazinin sağlamlığı və ailə-məişət qayğıları ilə yaxından maraqlanıb, həmçinin vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görür.
   Qazimiz onlara daim qayğı ilə yanaşıldığı üçün minnətdarlıq edərək, təşəkkürünü  bildirib.
   Qeyd edək ki, Vətən Müharibəsində sağ ayağını itirmiş qazimiz bir müddət əvvəl ƏƏSMN tərəfindən yüksək texnologiyalı protezlə təmin olunmuşdur.
   Qazinin övladlarına vətənpərvərlik ruhunun aşılanması mövzusunda yeni çapdan çıxmış “Bayraktar” kitabı hədiyyə edilib və Yeni il hədiyyəsi verilib, həmçinin ailəyə bayram sovqatı çatdırılıb.

 

Keçidlər