Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu

16 noyabr 2021 | 07:19

Naftalan şəhərində Vətən müharibəsi iştirakçılarına medalların təqdim olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə, Naftalan Şəhər İcra hakimiyyəti rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəhbərliyi və DİİXİ Hİ Naftalan şəhər Komitəsinin sədri iştirak edib.
   Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali baş Komandanı, möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamına əsasən Şirinov Kamil Şirin oğlu  və İsayev İsa Əlif oğlu "Laçının azad olunmasına görə" medalları təltif olunmuşdur.
   Həmçinin, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Naftalan şəhər İcra Hakimiyyətinin və şəhər Komitəsinin birgə təşkilatçılığı ilə "8 Noyabr - Zəfər Günü" ərəfəsində Komitənin üzvü olan Vətən müharibəsi iştirakçıları Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatalandırılıb. Sonda xatirə şəkli çəkilib.

 

Keçidlər