Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Gününə hazırlıq

04 noyabr 2021 | 16:00

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən Vətən müharibəsində qələbənin əbədiləşdirilməsi məqsədilə dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu qələbə hər il noyabrın 8-i Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir.
   Tarixə qızıl hərflərlə yazılan “08 Noyabr Zəfər günü” ərəfəsində Naftalan şəhərində də hazırlıq işləri gedir, şəhərin müxtəlif yerlərinə bayraqlar, plakatlar asılır.
   Həmçinin bu təbliğat turizm şəhəri olan Naftalana gələn yerli və xarici turistlərin böyük marağına səbəb olur. Müxtəlif ölkələrdən gələn qonaqlara otellərdə 44 günlük Vətən Müharibəsinin Ali Baş Komandanımızın rəhbərliyi, Müzəffər Ordumuzun şücayəti ilə qazanılan Zəfər tarixi ilə bağlı ətraflı və dolğun məlumatlar verilir.

 

Keçidlər