Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda məhəllədaxili yollar asfaltlanır

12 oktyabr 2021 | 16:00

Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramının uğurlu icrası sayəsində bu gün nəinki paytaxt Bakıda, eləcə də respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.
   Ölkə rəhbərinin Sərəncamına əsasən Naftalan şəhərində bu gün avtomobil yollarının əsaslı təmiri işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır.
Şəhər rəhbəri yeni asfalt örtüyü vurulan məhəllədaxili küçələrdə olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
   Qeyd edək ki, sözügedən küçələr yalnız torpaq, qırmadaş və çınqıldan ibarət idi ki, buda yağıntılı havalarda piyadaların və avtomobil sürücülərinin haqlı narazılığına səbəb olurdu. Bu gün bu küçələrə ilk dəfə asfalt örtüyünün çəkilməsi sakinlər tərəfindən böyük sevinclə qarşılanır, şəhər sakinləri Naftalanda nəhəng proyektlərin həyata keçirilməsinə görə ölkə rəhbərliyinə sonsuz minnətdarlıqlarını ifadə edirlər.

 

Keçidlər