Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda COVİD-19 virusuna qarşı vaksinasiya davam etdirilir

30 sentyabr 2021 | 16:00

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Naftalanda da vaksinasiya prosesi uğurla davam etdirilir.
Hazırda Naftalan şəhərində yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır. Bu günədək Naftalanda yaşı 18-dən yuxarı olan vətəndaşlara ümumilikdə 10297 doza vaksin vurulub. Bunlardan 4851 nəfəri koronavirus infeksiyasına qarşı ikinci doza peyvənd olunanlardır.
Əziz Naftalanlılar ailəmizi və cəmiyyətimizi bu virusdan xilas etmək üçün vaksinasiya prosesində aktiv iştirak edək!

 

Keçidlər