Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

20 sentyabr 2021 | 16:00

Naftalan şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq müvafiq sanitar-gigiyenik normalara və pandemiya qaydalarına uyğun olaraq dezinfeksiya işləri aparılıb.
   Koronavirusla bağlı qabaqlayıcı tədbirlərin görülməsi, sanitar-epidemioloji işlərin aparılması və koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə müəllim heyyəti və texniki işçilər hazırkı şəraitdə işləmək qaydaları barədə bir daha təlimatlandırılıb. Müəssisələrin sinif və digər otaqları təmizlənib, otaqların havalandırılması və təlimata uyğun Naftalan şəhər GEM tərəfindən dezinfeksiya tədbirləri həyata keçirilib.
   Bundan əlavə məktəblər xüsusi dezinfeksiyaedici məhlullarla təmin olunub və təhsil müəssisələrinin girişində quraşdırılıb.

 

Keçidlər