Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi əbədiləşdirilib

13 sentyabr 2021 | 16:00

44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naftalan şəhərində tədbir təşkil olunub. Tədbirdə ŞİH başçısı Vüqar Novruzov, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
   Qəhrəmanlarımız-Şəhid Bəhruz Quliyevin, Fərid Adıgözəlovun, Elyəddin Cəfərovun və Bəxtiyar Aslanovun mərmər üzərində şəkilləri həkk olunmuş barelyefləri Naftalanda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Memorial Komleksə həkk olunub. Tədbir iştirakçıları Memorial Kompleksi ziyarət edib, önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
   Tədbirdə ŞİH başçısının çıxışı zamanı Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti vurğulanıb.
   Həmçinin qeyd edilib ki, ölkəmizin hər yerində olduğu kimi Naftalanda da şəhid ailələrinə və qazilərə daim diqqət, qayğı göstərilir.

 

Keçidlər