Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək bal toplayan tələbələrlə görüş keçirildi

10 sentyabr 2021 | 16:00

İlk öncə tələbə adını qazanan məzunlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
   Naftalan ŞİH-də keçirilən görüşdə Vətən topraqlarının müdafiəsi uğrunda həlak olmuş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
   ŞİH başçısı Vüqar Novruzov qəbul imtahanında yüksək bal topladıqlarına görə məzunları təbrik edib, onlara xoş arzularını çatdırıb, ölkəmizdə təhsilin inkişafında  möhtərəm  Prezidentimiz cənab  İlham Əliyevin apardığı siyasət,  neft kapitalını insan kapitalına çevirmək, eyni zamanda, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına nail olmaq kimi mühüm məqsədə xidmət etdiyini vurğulayıb.
   Həmçinin, bildirilib ki, Birinci vitse-prezident, hörmətli  Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində gördüyü işlər, təhsil sisteminin yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər Naftalan şəhərində də ali məktəblərə qəbul imtahanlarının nəticələrində də özünü göstərir.
   Sonda icra başçısı tərəfindən gənclərə qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

 

Keçidlər