Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə aztəminatlı ailələrə yardım paylanılıb

25 avqust 2021 | 16:00

AzQAC tərəfindən həyata keçirilən layihə çərçivəsində xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı və qazi ailələrinə məişət ehtiyaclarının qarşılanması məqsədilə bağlamalar paylanılıb.
   Humanitar yardımların paylanılmasında AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin əməkdaşları və könüllüləri fəal iştirak ediblər. Bölməyə gəlmək imkanı olmayan vətəndaşlar bölmə könüllüləri tərəfindən evlərində ziyarət olunublar.
   Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezidentimiz İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər