Şriftin ölçüsü :

Saytın rəngi :

Həyata keçirilən layihələr naftalanlılarda ruh yüksəkliyi yaradır

19 avqust 2021 | 16:00

Naftalan şəhər və kənd ərazisində avtobus dayanacaqlarının təmiri və yenidən qurulması, şəhərin Heydər Əliyev prospektində və parkında işıq dirəklərinin təmiri istiqamətində görülən işlər yekunlaşmışdır. Dayanacaqların və işıq dirəklərinin rənglənməsi ekoloji cəhətdən təmiz və yüksək keyfiyyəti ilə seçilən “Pittsburgh Paints” boyalarının dəstəyi ilə həyata keçirilmişdir.
   Respublikamızın paytaxt və regionlarında aparılan abadlıq–quruculuq işlərinin davamı olaraq, Naftalan şəhərində də yeni infrastruktur layihələrinin həyata keçirilməsi, onun ölkəmizin ən gözəl turistik şəhərlərindən birinə çevrilməsi qarşıda duran ən mühüm vəzifələrdəndir.

 

Keçidlər