Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanlı iki şəhid anası əsgərləri ziyarət etdi

16 iyul 2021 | 16:00

I Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və 2016-cı il Aprel döyüşləri şəhidi Vaqif Bayramovun anası Zeynəb Bayramova ailə üzvləri ilə birlikdə N saylı hərbi hissənin zabit və əsgər heyəti ilə görüşüb. Görüşdə Vaqifin anası ilə yanaşı atası, qardaşı, həyat yoldaşı və övladları iştirak ediblər.
   Görüş zamanı 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun qazandığı qələbə münasibətilə zabit və əsgərlərimizi təbrik edən Zeynəb ana vurğuladı ki, övlad itkisi çox ağır olsa da övladlarının ən ali nöqtə-vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməsi ona təsəlli verir.
   Zeynəb ananın şəhər İcra Hakimiyyətinə sorğusu əsasında istəyi nəzərə alınaraq ailənin N saylı hərbi hissəyə getmələri, əsgərlərlə görüşü şəhər İcra Hakimiyyəti tərəfindən təmin edilmişdir. Sonda ailə tərəfindən əsgərlərlə ananın özünün hazırladığı yeməklər dadılıb, sovqatlar çatdırılıb.

 

Keçidlər