Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan qazisi əlil arabası ilə təmin edildi

07 iyun 2021 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi Naftalanda da şəhid ailələri və qazilər dövlət qurumları və ictimaiyyətin xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar. Vətən müharibəsində Talış, Suqovuşan istiqamətində minaya düşərək sağ ayağını itirmiş  Naftalan şəhər sakini-qazi Tağıyev Qiyas Fariz oğlunun istəyi Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi tərəfindən son nəsil elektron, Avropa istehsalı olan əlil arabası ilə təmin olunmuşdur.
   Qazi ona göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əiyevə və hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

 

Keçidlər