Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyəli qonaqlar Şəhid ailəsi və qaziləri ziyarət etdilər

27 may 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Türkiyə Respublikası AK Parti Esenyurt İlçə başkanı Harun Özər Naftalan şəhər Əlillərin Regional Bərpa Mərkəzində olublar.
   Qonaqlar Vətən müharibəsindəki döyüşlər zamanı yaralanmış və müxtəlif xəsarətlər almış qazilərimizi ziyarət etdilər, onların sağlamlıqları ilə yaxından maraqlandılar, qonaqlara qazilərimizin sağlıqlarına qovuşması üçün aparılan müalicələr haqqında ətraflı məlumat verildi.
   Sonra qonaqlar Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Bəhruz Quliyevin evində olublar. Şəhidin adına əbədiləşdirilən Bulaq kompleksini ziyarət ediblər.
   Qonaqların diqqətinə çatdırıldı ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə heç bir şəhid ailəsi və qazilərimiz diqqətdən kənarda qalmırlar, hər zaman dövlətin diqqət və qayğısıyla əhatə olunurlar.

 

Keçidlər