Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində prospekt və küçələr asfaltlanır

21 may 2021 | 16:00

Naftalanda genişmiqyaslı təmir, tikinti və abadlıq işləri həyata keçirilir. Hazırda şəhərin əsas küçə və prospektlərinin asfaltlanmasına başlanılıb. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən şəhərin Heydər Əliyev prospektində, Habil Əliyev və İslam Həsənzadə küçələrində yolun köhnə asfalt örtüyü qaşınıb, yol yatağının hamarlanması və bərkidilməsi işləri başa çatdırılaraq prospekt və küçələrin asfaltlanmasına başlanılıb.
   Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov görülən işlərlə yerində tanış olub.

 

Keçidlər