Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda ət kəsimi və satışı obyektlərində reyd keçirilib

06 may 2021 | 16:00

Naftalan şəhərində sanitar vəziyyətin qiymətləndirilməsi, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə AQTA-nın Gəncə regional bölməsinin, İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və polis əməkdaşlarının növbəti birgə reydi keçirilib.
   Reyd zamanı COVID-19 pandemiyası dövründə ət kəsimi və satışı ilə məşğul olan fərdi sahibkarlara məxsus obyektlərə baxış keçirilib. Sanitar-gigiyenik normaların pozulduğu yerlərdə sahibkarlara qanunvericiliyin müvafiq tələbləri izah olunub. Onlara heyvan kəsiminin baytar-sanitar qaydalara uyğun məntəqələrində təşkilinin vacibliyi bildirilib.
   Əhalinin sağlam və keyfiyyətli ət məhsulları ilə təmin olunması məqsədilə sanitar-gigiyenik qaydalara əməl etməyən sahibkarların məsuliyyət daşıdıqları onların diqqətinə çatdırılıb.

 

Keçidlər