Şriftin ölçüsü :

Saytın rəngi :

Başçı sakinlərin müraciətlərini dinlədi

05 may 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda vətəndaşları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlərin həlli üçün müvafiq tədbirlər görülüb.
   Sakinlərin müraciətlərini dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.
    Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Respublika Prezidenti möhtərəm cənab İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb.

 

Keçidlər