Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhəri ərazisində asfaltlanma işləri davam etdirilir

14 aprel 2021 | 16:00

Naftalan kurort şəhərində geniş vüsət alan abadlıq-quruculuq işləri bu gün də davamlı olaraq aparılır. Son dövrlərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri şəhərə tamamilə yeni görkəm bəxş edir.
      Hazırda vətəndaşların və şəhərə gələn turistlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə şəhərin Heydər Əliyev və Şirvan prosbektlərində, Habil Əliyev və İslam Həsənzadə küçələrində təmir-bərpa işləri aparılır, yeni asfalt örtüyü salınır. Təmir – bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
   Son illər ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan quruculuq işlərinin Naftalanda da geniş miqyas alması sakinlər tərəfindən böyük məmnunluqla qarşılanır və aparılan abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezidentə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

 

Keçidlər