Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda turizm müəssisələrində monitorinqlər aparılıb

09 aprel 2021 | 16:00

Şəhər İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin nümayəndələri tərəfindən şəhər ərazisində fəaliyyət göstərən turizm obyektlərində növbəti monitorinq aparılıb.
    Monitorinqlər zamanı işçi heyətin və qonaqların təhlükəsizliyi məqsədilə tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi istiqamətində müvafiq tövsiyyə və tapşırıqlar verilib.
   Hotellərdə monitorinqlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə müvafiq qərarından irəli gələn tapşırıqların icrasına nəzarət edilməsidir.

 

Keçidlər