Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Novruz bayramı” münasibəti ilə şəhid ailələri və qazilər ziyarət edildi

19 mart 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədov “Novruz bayramı” münasibətilə şəhid və qazi ailələrini ziyarət ediblər.
   Görüşlərdə şəhid ailələrinə, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışılıb. Ziyarət zamanı şəhid ailələrinə və qazilərə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə bayram hədiyyələri verilib.
   Şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər