Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Vətən Müharibəsi şəhidlərinin ailələri və qazilər “Novruz bayramı” münasibəti ilə ziyarət edilib

17 mart 2021 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən Müharibəsi şəhidlərinin ailələrini və qaziləri “Novruz bayramı” münasibəti ilə evlərində ziyarət ediblər.
   Şəhid ailələrinin üzvləri və qazilər arzu və təkliflərini bildirməklə yanaşı onlara daim diqqət və qayğı ilə yanaşan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək, şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.
   Ziyarət zamanı şəhid ailələrinə və qazilərə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə bayram hədiyyələri verilib.

 

Keçidlər